“Real Madrid” “Mançester Siti”ni məğlub etdi

Çempionlar Liqası pley-off mərhələsinin cavab qarşılaşmasında “Real Madrid” evində “Mançester Siti”ni qəbul edib.

turaninsesi.az” xəbər verir ki, gecənin maraqla gözlənilən oyununda “kral klubu” 3-1 hesablı qələbə qazanıb.

“Real Madrid”in fransız ulduzu Klyan Mbabbe het-triklə matça damğa vurub. Qonaqların yeganə qolu isə əlavə vaxtda Niko Qonzalezdən gəlib.

Bu nəticə madridlilər növbəti mərhələyə yüksəlib. “Mançester Siti” isə mötəbər turnirlə vidalaşıb.

Xatırladaq ki, “Real Madrid” il oyunda səfərdə rəqibini 3-2 hesabı ilə məğlub etmişdi.