“Real Madrid” Klublararası Dünya Çempionatından imtina etdi

“Real Madrid” 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatında oynamaqdan imtina edib.

Turanın səsi ” xəbər verir ki, bunu klubun baş məşqçi Karlo Ançelotti bildirib.

O, təşkilatçıların iştirak üçün ödəməyi təklif etdiyi mükafat məbləğinin az olduğunu dilə gətirib:

“Bir “Real Madrid” matçı 20 milyon avroya başa gəlir və onlar bizə bütün turnir üçün bu pulu vermək istəyirlər. Digər klublar kimi biz də iştirakdan imtina edəcəyik”.

2025-ci ildə klublararası dünya çempionatı yeni formatda keçiriləcək və 12-si Avropadan olmaqla, 32 komanda iştirak edəcək. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir