“Real Madrid” 38 yaşlı futbolçusu ilə müqaviləni yeniləyib

0

İspaniyanın “Real Madrid” klubu aparıcı futbolçusu Luka Modriçlə müqaviləni yeniləyib.

Turanın səsi ”  yerli mətbuata istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi daha bir il “kral klubu”nun formasını geyinəcək.

Xorvatiya millisinin kapitanı madridlilərlə sözləşməsinin müddətini 2024-cü ilin yayına qədər uzadıb. ABŞ, Qətər və Səudiyyə Ərəbistanı klublarının təkliflərini rədd edən Modriç karyerasını hazırkı komandasında bitirmək arzusundadır.

Qeyd edək ki, Luka Modriç 2012-ci ildən “Real Madrid”in formasını geyinir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir