“Real” antirekordu təkrarladı

“Real” ötən gün La Liqanın 30-cu turunda “Valensiya”ya 1:2 hesabı ilə məğlub olub.
“turaninsesi.az” xəbər verir ki, matçın 13-cü dəqiqəsində komandanın braziliyalı futbolçusu Vinisius Junior penaltini qola çevirə bilməyib.
Bu, “Real”ın cari mövsümdə dəyərləndirə bilmədiyi 5-ci penaltidir. Komanda bütün turnirlərdə 16 penalti yerinə yetirib ki, bunun da 11-i qolla nəticələnib.
Bir mövsümdə 5 qaçırılan penalti klubun 2013/2014 mövsümündən bəri ən pis nəticəsidir. Həmin mövsüm “Real” La Liqada üçüncü yeri tutub, ölkə kubokunun və Çempionlar Liqasının qalibi olub.