Qvardiola boşandı – 30 illik evliliyə son

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola və arvadı Kristina Serra ayrılıblar.

turaninsesi.az”  “Marca”ya istinadla xəbər verir ki, 30 ildir birlikdə olan tərəflər ötən ilin dekabrında boşanıblar.

Ancaq onların dostluq əlaqlələrini saxladıqları bildirilir. Keçmiş cütlük yaxınlarından ayrıldıqları barədə mediaya danışmamağı xahiş ediblər.

Qvardiola və Kristina 1994-cü ildə tanış olsalar da, onlar 2014-cü ildə nigah bağlayıblar. Onların bu evlilikdən iki qız və bir oğlan övladı var. Mariya 24, Marius 22, Valentina isə 17 yaşındadır.