“Qızıl top”un qalibi müəyyənləşdi – FOTO

 “Qızıl top” mükafatının qalibi bəlli olub.

turaninsesi.az” xəbər verir ki, 2024/25 mövsümündə mükafatın qalibi PSJ-nin və Fransa millisinin üzvü Usman Dembele olub. 

“Barselona”nın və İspaniya millisinin gənc vingeri Yamin Lamal ikinci yeri tutub. 

2024/25 mövsümündə Dembele PSJ ilə birgə 5 mükafat qazanıb. O, Fransa çempionatının, ölkə kubokunun, Superkubokunun, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub. 

Fransız futbolçu ötən mövsüm 53 oyunda 35 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub.