“Qarabağ”dan “Ayntraxt Frankfurt”la oyunda TARİXİ QƏLƏBƏ

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda “Ayntraxt Frankfurt”la oyunda tarixi qələbə qazanıb.

turaninsesi.az ” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitib.

Ağdam təmsilçisinin heyətində Kamilo Duran dubl müəllifi (4, 80) olub. Qonaqların heyətində Can Uzun (11) və Fares Çaibi (78-p.) fərqləniblər. “Qarabağ” ın qələbə qoluna isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb.

Qurban Qurbanovun komandası cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 10-a çatdırıb.