“Qarabağ” tarixi oyuna çıxır: Qələbə ovcumuzun içində  

Turanın səsi ” xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən Ağdamın “Qarabağ” klubu  Bakıda Portuqaliya “Braqa”sını qəbul edəcək. 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Portuqaliyada 4:2 hesabı ilə möhtəşəm qələbə qazanan “Qarabağ”ın 1/8 finala çıxmaq və yeni bir tarix yazmaq üçün yaxşı şansı var.

“Braqa” növbəti mərhələyə yüksəlmək üçün “Qarabağ”a 3 top fərqi ilə qalib gəlməlidir.

Azərbaycan klubuna isə hətta 0:1 hesablı məğlubiyyət də kifayət edir ki, 1/8 finala adlasın.

22 fevral

UEFA Avropa Liqası

Pley-off mərhələsinin cavab oyunu

21:45. “Qarabağ” (Azərbaycan) – “Braqa” (Portuqaliya) 

Baş hakim: Georgi Kabakov (Bolqarıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun – 2:4 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir