“Qarabağ” səfərdə “Neftçi”yə 4 qol vurdu
Bu gün Misli Premyer Liqasında 25-ci tura yekun vurulub.
“Turanın səsi ” xəbər verir ki, turun mərkəzi və sonuncu matçında lider “Qarabağ” “Neftçi”nin qonağı olub. Olduqca maraqlı keçən matçı Ağdam təmsilçisi qalib kimi başa vurub.
“Qarabağ” səfərdə inamlı qələbə qazanıb – 4:1.
3 mart (bazar)
19:00. “Neftçi” – “Qarabağ” – 1:4
Qol: Filip Ozobiç, 71-pen. – Nəriman Axundzadə, 47, Toral Bayramov, 60-pen., 90+3, Leandro Andrade, 90+7
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“Neftçi Arena”