“Qarabağ” – “Qalatasaray” oyununun biletlərinin satışa çıxarılacağı vaxt açıqlanıb


“Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçiriləcək yoldaşlıq oyununun biletlərinin satışa çıxarılacağı tarix bəlli olub.

Turanın səsi ” in xəbərinə görə Ağdam klubundan  verilən məlumata görə, matçın biletləri martın 16-da saat 11:00-dan etibarən satışda olacaq.

Qiymət müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Iticket.az-ın satış məntəqələri, “Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu və iticket.az-dan əldə etmək mümkündür.

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda oynanılacaq “Qarabağ” – “Qalatasaray” görüşü saat 20:00-da başlayacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir