“Qarabağ” – “Qalatasaray” oyunundan əldə edilən vəsait bəlli olub

“Qarabağ” Türkiyə “Qalatasaray”ı ilə Bakıdakı xeyriyyə matçından əldə olunan vəsaiti açıqlayıb.

 “tuanın səsi ” xəbər verir ki , klubdan verilən məlumata görə, görüşün gəlirləri 1 090 455 manat (təqribən 12 336 000 türk lirəsi) təşkil edib.

Məbləğ qardaş ölkədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə göndəriləcək. Vəsaitin bir hissəsi isə (oyunun Türkiyədəki yayım hüququndan gələn və oradan verilmiş reklam gəlirləri) İstanbul təmsilçisi tərəfindən açılmış yardım hesabına köçürüləcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda oynanılmış “Qarabağ” – “Qalatasaray” matçı qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir