“Qarabağ” “Neftçi”ni məğlub etdi

Misli Premyer Liqasının XXXI turunda “Qarabağ” “Neftçi” ilə qarşılaşıb.
“turaninsesi.az” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matçda Ağdam təmsilçisi meydan sahibləri qələbə qazanıblar – 3:0.
“Qarabağ” ilk hissədə 3 qol vurmaqla oyunun taleyini həll edib.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv cari mövsümün bitməsinə 6 tur qalmış 76 xalla turnir cədvəlinə başçılıq edir. “Neftçi” isə 35 xalla altıncıdır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Turan Tovuz”la heç-heçəyə (1:1) razılaşıb. “Sabah” isə “Səbail”ə qalib (3:2) gəlib.