“Qarabağ” Julio Romao ilə sağollaşdı

dylan phoenix and Raluca

“Qarabağ” klubu Julio Romao ilə yollarını ayırıb. 

turaninsesi.az” xəbər verir ki, 26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2022-ci ildən Ağdam komandasında çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.

Romaonun karyerasını Macarıstanın “Ferensvaroş” klubunda davam etdirəcəyi gözlənilir.