“Qarabağ” cərimə olundu
AFFA İntizam Komitəsi “Qarabağ” və “Neftçi”ni cərimələyib.
“turaninsesi.az” xəbər verir ki, komitənin bugünkü qərarına əsasən “Qarabağ” Misli Premyer Liqasının 20-ci turunda “Turan Tovuz”a uduzduğu (1:2) matçdan sonra AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyi üçün 2 min manat cərimə edilib.
“Neftçi” klubu isə 20-ci turun matçında azarkeşləri tərəfindən “Liv Bona Dea Arena”da qırılmış 17 oturacağa görə dəymiş zərəri “Araz-Naxçıvan”a ödəməli olacaq.