“Qalatasaray”ın millinin heyətindən kənarlaşdırılan oyunçusu Bakıya gətirilməyəcək

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Abdülkerim Bardakçı “Qarabağ”a qarşı yoldaşıq oyununda iştirak etməyəcək.

Turanın səsi ”  “Takvim”ə istinadən xəbər verir ki, müalicəsi başa çatsa da, 29 yaşlı müdafiəçi Bakıya gətirilməyəcək.

Bardakçının aprelin 1-də Superliqanın XXVII turunda “Adana Demirspor”la matçda meydana çıxacağı gözlənilir.

Oyunçu Türkiyə millisinə çağırılsa da, şiddətli baş ağrıları səbəbindən heyətdən kənarlaşdırılmışdı.

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda oynanılacaq “Qarabağ” – “Qalatasaray” görüşü saat 20:00-da başlayacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir