“Qalatasaray”ın matçı yarımçıq qaldı

Superliqanın 23-cü turunda keçirilən “Qalatasaray” doğma meydanda “Adana Dəmirspor”u qəbul edib.

turaninsesi.az” xəbər verir ki, qonaq komanda oyunun 30-cu dəqiqəsində meydanı tərk etmək qərarına gəlib.

“Adana Demirspor”un baş məşqçisi Mustafa Alper Avcı futbolçuların matça davam etməsini istəməyib və soyunub-geyinmə otağına yollanıb. Bundan sonra matçın hakimləri oyun meydanını tərk ediblər.

Matç yarımçıq dayandırılıb. Qarşılaşma ilə bağlı qərarı Türkiyə Futbol Federasiyası verəcək.

Qeyd edək ki, oyun dayandırılarkən “Qalatasaray” 1:0 öndə olub. Yeganə qolu 12-ci dəqiqədə penalti zərbəsindən Alvaro Morata vurub.