“Qalatasaray”ın bu futbolçusunun qiyməti 120 milyona qalxdı

0

Bu mövsüm İtaliyanın “Napoli” klubundan 1 illik icarə əsasında “Qalatasaray”a keçən Viktor Osimenin transfer qiyməti yenilənib. 25 yaşlı ulduzun “Tranfermarkt”dakı yeni dəyəri 120 milyon avrodur. 

turaninsesi.az” xəbər verir ki, İstanbul nəhəngi ilə çıxdığı ilk matçda asist ilə yadda qalan hücumçunun əvvəlki transfer dəyəri 100 milyon avro idi. Artıq Osimenə elçi düşən klublar bundan 20 miyon daha çox ödəniş etməli olacaqlar. 

Xatırladaq ki, Osimen “Napoli”nin 2023-cü ildəki İtaliya liqası çempionluğunda əsas fiqur idi. Yay transfer mövsümündə başda “Barselona” və “Mançester Yunayted” kimi Avropa klubları onu heyətinə qatmaq istəsə də, o icarə əsasında “Qalatasaray”da oynamağa razılıq verib. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir