“Qalatasaray”dan yeni transfer
“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.
“turaninsesi.az” xəbər verir ki, “sarı-qırmızılar” Kolumbiya millisinin üzvü ilə razılığa gəliblər. İstanbula gələn Karlos Kuesta “Qalatasaray”la 3,5 illik müqavilə imzalayıb.
Tərəflər arasında razılaşmaya əsasən, “Qalatasaray” Karlos Kuesta üçün “Genk”ə 8 milyon avro ödəyəcək.
Qeyd edək ki, “cimbom” daha əvvəl Ahmet Kutucu, Alvaro Morata və Mario Lemina ilə müqavilə imzalayıb.