“Qalatasaray”dan Mauro İkardi ilə bağlı yayılan xəbərə REAKSİYA
“Qalatasaray” klubu argentinalı futbolçu Mauro İkardi barədə yayılan xəbərə reaksiya verib.
“turaninsesi.az” xəbər verir ki, bu barədə sarı-qırmızılı klubun rəsmi sosial media hesabında paylaşım edilib.
“Peşəkar futbolçumuz Mauro İkardi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Oyunçumuz Argentinadakı evində dincəlir. İdmançımızı mənən əzmək məqsədi daşıyan bu xəbərlərə diqqət yetirməməyinizi xahiş edirik”, – deyə məlumatda bildirilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI