“Qalatasaray” və “Benfika” dünya çempionunu heyətinə qatmaq istəyir

Argentina millisinin futbolçusu Anxel Di Mariya karyerasını Türkiyədə davam etdirə bilər.

Turanın səsi ” xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira bildirib.

Onun sözlərinə görə, “Qalatasaray” İtaliyanın “Yuventus” klubu ilə müqaviləsi yayda başa çatacaq 35 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Bundan əlavə, Portuqaliya çempionu “Benfika” da Di Mariyanı heyətində görmək istəyir.

Qeyd edək ki, təcrübəli oyunçu cari mövsüm Turin təmsilçisində 39 oyuna çıxıb, 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2022-ci ildə Argentina yığması ilə Qətərdə keçirilmiş dünya çempionatının qalibi olub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir