“Qalatasaray” səfərdə “Antalyaspor”u darmadağın etdi
Türkiyə Superliqasının 9-cu turu çərçivəsində “Antalyaspor” “Qalatasaray”ı qəbul edib.
“turaninsesi.az” xəbər verir ki, Antalya stadionunda baş tutan oyunda qonaqlar rahat qələbə qazanıblar – 3:0.
“Qalatasaray”ın qollarını Mauro İkardi(10, 52) və Viktor Osimen(90+3) vurub.
Beləliklə, “Qalatasaray” doqquz oyundan sonra 25 xalla turnir cədvəlinə başçılıq edir. “Cimbom”un ən yaxın təqibçisi ehtiyatında bir oyun olan “Samsunspor”dur – 18 xal.
“Antalyaspor” isə eyni sayda oyuna cəmi səkkiz xal toplaya bilib.