“Qalatasaray” qələbə qazandı

Türkiyə Superliqasının XXXII turunun açılış matçı keçirilib.

turaninsesi.az”  xəbər verir ki, lider “Qalatasaray” doğma meydanda “Bodrum” klubu ilə qarşılaşıb.

Oyun “cim-bom”un qələbəsi ilə başa çatıb – 2:0. “Sarı-qırmızılar”ın qollarını Lukas Torreyra (29) və Davinson Sançez (81) vurub.

Qeyd edək ki, Okan Burukun rəhbərlik etdiyi “Qalatasaray” 77 xalla turnir cədvəlinə başçılıq edir. Əzəli rəqibindən bir oyun az keçirən “Fənərbağça” isə 71 xalla ikincidir.