“Qalatasaray” daha bir dünya ulduzunu alır
Türkiyə nəhəngi “Qalatasaray” daha bir səs-küylü tranfer edə bilər. İstanbul təmsilçisinin budəfəki hədəfi “Yuventus”un serbiyalı cinah yarımmüdafiəçisi Filip Kosticdir.
“turaninsesi.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçunun transferi ilə bağlı ilkin danışıqlar başlayıb. “Qalatasaray” və “Yuventus” arasında isti münasibətlərin olması oyunçunun keçidi ilə bağlı ehtimallı gücləndirir.
Qeyd edək ki, “Qalatasaray” ötən gün “Napoli”dən 26 yaşlı qol silahı Osimeni 1 illik icarəyə götürüb. Osimen İtaliyan klubu iə çıxdığı 108 oyuna 65 qol vurub.