“Qalatasaray” çempionluğa bir addım da yaxınlaşdı

Türkiyə Super Liqasının 36-cı turu başa çatıb.

Turanın səsi ” xəbər verir ki, son çempion “Qalatasaray” səfərdə “Fatih Karagümrük”ün qonağı olub. 

Olduqca drammatik məcrada keçən oyunda “Qalatasaray” 90-cı dəqiqədə qələbə qolunu vurmağı bacarıb – 3:2.

Bununla da aktivində 99 xalı olan “Qalatasaray” liderliyini davam etdirir.

Ən yaxın izləyicisi “Fənərbağça” bu tur “Kayserispor”a qalib gəlsə də, sona 2 tur qalmış rəqibindən 6 xal geri qalır. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir