“Qalatasaray” 1-ci dəqiqədə qol vurdu, “Fənərbağça” meydanı tərk etdi

Türkiyə Superkobukunun matçı yarımçıq dayandırılıb.

Turanın səsi ” xəbər verir ki, “Fənərbağça” Türkiyə Superkubokunda “Qalatasaray”la keçirilən oyunun üçüncü dəqiqəsində meydanı tərk edib.

Şanlıurfada keçirilən görüşə U-19 komandasının futbolçuları ilə çıxan İstanbul təmsilçisi 1-ci dəqiqədə Mauro İkardinin “Qalatasaray”ı önə keçirən qolu vurmasından sonra qarşılaşmanı davam etdirməkdən imtina edib.

Bununla bağlı Türkiyə Futbol Federasiyası (TFF) yaxın müddətdə qərarını açıqlayacaq.

“Fənərbağça”ya texniki məğlubiyyətin verilməsi və “Qalatasaray”ın Superkubokun qalibi elan olunması gözlənilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir