Qətər 12 il ərzində dünya çempionatına 300 milyard dollar xərcləyib

0

Qətərin 12 il ərzində futbol üzrə dünya çempionatının hazırlığına xərclədiyi məbləğ bəlli olub. “Turanın səsi” “Bloomberg”ə istinadən xəbər verir ki, ölkə mundial üçün 300 milyard ABŞ dolları xərcləyib.

Turnirin Qətərdə təşkili 2010-cu ildə təsdiqlənib. Həmin vaxtdan sonra paytaxt Dohada yeni stadionlar, otellər və digər obyektlər tikilib. Təşkilatçılar FIFA-nın yarışdan rekord gəlir əldə edəcəyini düşünür.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Açılış matçında Qətər Ekvadorla üz-üzə gələcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir