“Qəbələ”nin baş məşqçisi: “Rəqib iddialıdır”

0

“Matçın ağır olacağını bilirdik. Rəqib iddialıdır.

Turanın səsi“-in məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Sabah”a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XII tur oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis komandasının yaxşı mübarizə apardığını bildirib: “Oyunun dinamikası yüksək idi. Belə məğlubiyyət ağırdır. Bunlar bizi daha güclü etməlidir. Bəziləri komandanın daxilində nəsə baş verdiyini düşünür. Xal itiriləndə düşünürlər ki, fiziki durum yaxşı deyil. Komanda daxilində hər şey qaydasındadır, yüksək motivasiyamız var. İlk dəqiqələrdən də istəkli idik. Mənim anlayışımda qara zolaq yoxdur. Bir qələbədən sonra heç kim bu barədə danışmır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir