“PSJ layihəsi” sona çatır?
Fransa liqasına son illər damğa vuran “PSJ” klubu yaxın gələcəkdə tənəzzül edə bilər. Paris təmsilçisi qətərli iş adamlarının gözündən düşüb.
“turaninsesi.az” xəbər verir ki, komandanın prezidenti Nəsir əl-Xəlafi qətərli səhmdarlar tərəfindən Çempionlar Liqasındakı uğursuzluqlarına görə tənqid edilir. Klub yerli liqada illərdir çempion olsa da, Avropada ciddi uğur qazana bilməyib.
“Marsel”, “Monako” və “Lyon” kimi klubların bir zaman “at oynatdığı” Fransa liqası son 10 ildə “fermer liqası”na çevrilib. “PSJ” Son 12 mövsümdə 11 dəfə ölkə çempionu olub.