PSJ bu yay Mbappeni 250 milyon avroya satmağa hazırdır

PSJ yay transfer pəncərəsində fransız hücumçu Kilian Mbappeni satmağa hazırdır.

Turanın səsi ” ” AS-a istinadən xəbər verir ki, PSJ rəhbərliyinin futbolçunu 250 milyon avro qarşılığında buraxmağa hazırdır.

Qeyd olunub ki, PSJ hələ də “Real Madrid”dən təklif gözləyir.

Xatırladaq ki, Mbappenin PSJ ilə müqaviləni 2024/2025 mövsümü üçün avtomatik uzatmaq variantından imtina etdiyi və 2024-cü ilin yayında azad agent ola biləcəyi məlum olub. Mətbuatda yayılan xəbərlərə görə, hücumçu bu yay transfer pəncərəsində “Real Madrid”ə keçmək istəyir. Mbappe özü növbəti mövsümü PSJ-də keçirməyi planlaşdırdığını deyir.

24 yaşlı forvard ötən mövsüm parislilərin heyətində 34 liqa oyununa çıxıb, 29 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir