Premyer Liqa: “Zirə” səfərdə “Şamaxı”nı məğlub edib


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.

Turanın səsi ” xəbər verir ki, günün yeganə matçında “Zirə” “Şamaxı”nın qonağı olub.

Qarşılaşma paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib. “Qartallar”ın qollarını 35-ci dəqiqədə Vladislav Kulaç, 57-ci dəqiqədə Hamidu Keyta və 82-ci dəqiqədə Rüstəm Əhmədzadə vurub.

Qələbə sayəsində xallarının sayını 45-ə çatdıran “Zirə” 5-ci pillədə qərarlaşıb. Bölgə klubu 23 xalla 9-cu sıradadır.

Qeyd edək ki, ilk oyun günündə “Sabah” “Kəpəz”i üç cavabsız qolla üstələyib. Turun “Turan Tovuz” – “Neftçi”, “Sumqayıt” – “Səbail” görüşləri mayın 7-də, “Qarabağ” – “Qəbələ” qarşılaşması isə mayın 8-də baş tutacaq.

15:25

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXIII turunda üz-üzə gələcək “Şamaxı” və “Zirə”nin heyətləri bəlli olub.

Turanın səsi ” məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Şamaxı”: 1. Rəşad Əzizli 10. Elvin Məmmədov (k) 9. Amil Yunanov 15. Emin Zamanov 16. Fuad Bayramov 5. Rəhman Daşdəmirov 2. Rauf Hüseynli 11. Kamran Quliyev 22. Elçin Mustafayev 18. Cəlal Hüseynov 80. Zahid Mərdanov

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 12. Əkpər Vəliyev 8. Kamal Mirzəyev 27. İbrahim Aslanlı 90. Əli Səmədov 70. Bahadur Həziyev 4. Arsen Ağcabəyov 83. Nihad Quliyev 21. Qurban Səfərov 97. Tapdıq Əhmədov 23. Rövşən Şahmuradov 29. Ramin Əhmədov Baş məşqçi: Vüqar Əsgərli

“Zirə”: 41. Anar Nəzirov 91. Coşqun Diniyev 10. Rəhim Sadıxov 32. Qismət Alıyev (k) 9. Loris Broqno 19. Vladislav Kulaç 14. Hamidu Keyta 5. Moiz Adileu 70. İssa Cibrila 26. Nemanya Andelkoviç 6. Eldar Quliyev

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 22. Nail Alışov 15. Ruslan Abışov 77. Mirsayib Abbasov 18. Slavik Alxasov 2. Sertan Taşkın 21. Hacıağa Hacılı 11. Rüstəm Əhmədzadə 23. Andriya Lukoviç 44. Dmitrios Çantakias 28. Abbas İbrahim 17. Toni Qomes

Baş məşqçi: Rəşad Sadıqov

Qeyd edək ki, bu gün Şamaxı şəhər stadionunda oynanılacaq qarşılaşma saat 16:30-da başlayacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir