Premyer Liqa: “Zirə” öz meydanında “Sabah”a uduzub

Azərbaycan Premyer Liqasında XXVII turun daha bir oyunu keçirilib.

Turanın səsi ” in məlumatına görə, “Sabah” səfərdə “Zirə”yə iki cavabsız qolla qalib gəlib.

Qonaqların heyətində 52-ci dəqiqədə Davit Volkov və 62-ci dəqiqədə Coy Lens Mikels fərqlənib.

Bu qələbə ilə xallarını 62-yə çatdıran “Sabah” 2-ci pillədəki mövqeyini qoruyub. 37 xalı olan “Zirə” isə 4-cüdür.

Qeyd edək ki, XXVII turun açılış oyununda “Qarabağ” səfərdə “Sumqayıt”ı 6:0 hesabı ilə darmadağın edib. “Səbail” – “Turan Tovuz” və “Neftçi” – “Kəpəz” matçları martın 16-da, “Qəbələ” – “Şamaxı” görüşü isə martın 17-də keçiriləcək.

19:22

Azərbaycan Premyer Liqasının XXVII turunda üz-üzə gələcək “Zirə” və “Sabah”ın start heyətləri açıqlanıb.

Turanın səsi ” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Zirə”: 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 26. Nemanya Ancelkoviç, 28. Abbas İbrahim, 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 18. Slavik Alxasov, 2. Sertan Taşkın, 96. Donald Gerye, 9. Loris Bronyo, 19. Vladislav Kulaç, 47. Məhəmməd Hamdui, 70. İssa Cibrila, 17. Toni Qomes, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov

“Sabah”: 12. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 3. Zurab Oçiqava, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 14. Bəxtiyar Həsənalızadə, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 13. Abdulaye Ba, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev

Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir