Premyer Liqa: “Sabah” “Qarabağ”a qalib gəlib

0


Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulub.

Turanın səsi” in məlumatına görə, bağlanış oyununda lider “Qarabağ” ən yaxın izləyicisi “Sabah”ın qonağı olub. “Bank Respublika Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Paytaxt klubundan hər iki qolu Coy Lens Mikels vurub. Almaniyalı yarımmüdafiəçi 72 və 76-cı dəqiqələrdə fərqlənib. 30 yaşlı oyunçu bombardirlər siyahısında Ağdam klubunun hücumçusu Ramil Şeydayevə çatıb – 17 qol. Hazırda onu çempionatın ən sərrast futbolçusu olan “köhlən atlar”ın digər forvardı Musa Qurbanlıdan cəmi 3 top ayırır. Qonaqların yeganə qoluna isə 86-cı dəqiqədə penaltidən Riçard Almeyda imza atıb.

Bu qələbə ilə xallarını 68-ə çatdıran “Sabah” ikinci pillədəki mövqeyini möhkəmlədib. 77 xalı olan “Qarabağ” isə vahid liderdir.

Qeyd edək ki, XXX turun əvvəlki matçlarında “Zirə” evdə “Səbail”ə 3:1, “Qəbələ” səfərdə “Neftçi”yə 2:1, “Kəpəz” Qəbələdə “Turan Tovuz”a 1:0 hesabı ilə qalib gəlib, “Sumqayıt” isə Şamaxıda eyniadlı komanda ilə qolsuz heç-heçə edib.

17:53

Azərbaycan Premyer Liqasının XXX turunun bağlanış oyununda üz-üzə gələcək “Sabah” və “Qarabağ”ın start heyətləri açıqlanıb.

Turanın səsi ” in Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Sabah”: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 13. Abdulaye Ba (k), 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 4. Elvin Camalov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov ,11. Kristian Sebalyos, 7. Boyan Letiç, 18. Davit Volkov
Məşqçi: Artur Olenin

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 7. Yassin Benzia, 87. Adama Diakabi, 99. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, “Bank Respublika Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir