Premyer Liqa: “Neftçi” “Turan Tovuz”un, “Sabah” “Səbail”in qonağı olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha iki oyunu keçiriləcək.

Turanın səsi ”  xəbər verir ki, günün ilk matçı Tovuzda reallaşacaq.

“Turan Tovuz” doğma azarkeşləri önündə “Neftçi” ilə üz-üzə gələcək. “Ağ-qaralar” 35 xalla üçüncü, bölgə klubu 30 xalla səkkizinci pillədə qərarlaşıb.

Günün ikinci görüşündə paytaxt təmsilçiləri qarşılaşacaqlar. Çempionatda ardıcıl 5 oyunda uduzmayan “Sabah” “Səbail”in qonağı olacaq. “Dənizçilər” 31 xalla beşinci, meydan sahibləri 31 xalla yeddinci sırada yer alıb.

24 fevral

15:00. “Turan Tovuz” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Tovuz şəhər stadionu

17:30. “Səbail” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Cabarov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“ASCO Arena”

Qeyd edək ki, XXIV turun “Araz-Naxçıvan” – “Zirə” və “Qarabağ” – “Sumqayıt” matçları fevralın 25-də baş tutacaq. Ötən gün gerçəkləşən oyunda “Kəpəz” “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir