Premyer Liqa: “Neftçi” səfərdə “Sumqayıt”ı darmadağın edib

Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu baş tutub.

Turanın səsi ” in məlumatına görə, Sumqayıtda eyniadlı komandanın qonağı olan “Neftçi” rəqibini 4:0 hesabı ilə darmadağın edib.

“Ağ-qaralar”ın qollarını 7-ci dəqiqədə Voyislav Stankoviç, 64-cü dəqiqədə Sezar Meza Kolli, 83-cü dəqiqədə İsmayıl Zülfüqarlı və 85-ci dəqiqədə Kilan Lebon vurublar.

Bu qələbədən sonra xallarını 60-a çatdıran “Neftçi” 3-cü pillədəki mövqeyini möhkəmlədib. Hazırda paytaxt klubunu ikinci sıradakı “Sabah”dan cəmi 5 xal ayırır. 24 xalı olan “Sumqayıt” isə 8-ci yerdə qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qəbələ” evdə “Zirə”ni , “Səbail” isə “Sabah”ı 2:1 hesabı ilə məğlub edib. Tura aprelin 9-da keçiriləcək “Turan Tovuz” – “Şamaxı” və “Qarabağ” – “Kəpəz” matçları ilə yekun vurulacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir