Paris – 2024: Cüdoçumuz qələbə ilə başladı
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Paris – 2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
“turaninsesi.az” xəbər verir ki, 100 kq-dan yuxarı çəkidə çıxış edən idmançı 1/16 finalda Rafael Silva (Braziliya) ilə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Kokauri 1/8 finala yüksəlibb. O, növbəti raundda Martti Puumalainen (Finlandiya) ilə qarşılaşacaq.
Xatrırladaq ki, daha əvvəl cüdoda Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olublar.