Osimenlə bağlı yeni qərar

“Qalatasaray”ın “Napoli”dən icarəyə götürdüyü nigeriyalı hücumçu Viktor Osimenlə bağlı yeni xəbər var.

turaninsesi.az” xəbər verir ki, 25 yaşlı ulduz üçün İngiltərənin “Mançester Yunayted” klubu elçi düşüb.

Mövsüm sonunda kirayə müddəti yekunlaşan forvard “qırmızı şeytanlar”a transfer ola bilər. Klubun baş məşqçisi Ruben Amorim rəhbərlikdən xüsusən Osimenin keçidini istəyib.

“Qalatasaray”a icarəyə verilən Viktor Osimen İstanbul nəhənginin heyətində çıxdığı 26 qarşılaşmada 20 qol vurub.