Osimenin yeni komandası məlum oldu

“Qalatasaray”da icarə əsasında çıxış edən Viktor Osimenin yeni klubu məlum olub. “Napoli”nin 25 yaşlı forvardı növbəti mövsümdən “Yuventus”da çıxış edəcək.

turaninsesi.az” xəbər verir ki, kamerunlu ulduzun İstanbul nəhəngindəki icarə müddəti mövsümün sonunda bitir. Maaşı xeyli yüksək olan Osimen, “Napoli” üçün sərfəli varinat hesab edilmir.

Qeyd edək ki, Viktor Osimenlə daha əvvəl “Mançester Yunayted”, “Arsenal” və “Real Madrid” də maraqlanırdı. Neapol klubunun “Yuventus”a razılıq verməsi isə gözlənilməz olub.