Okan Buruk İtaliya klubunda çalışa bilər
“Qalatasaray”ın baş məşqçisi Okan Burukla bağlı maraqlı iddia ortaya çıxıb.
“turaninsesi.az” xəbər verir ki, 51 yaşlı mütəxəssisin adı İtalyanın “Roma” klubu ilə hallanır.
Klubun nümayəndələri Okan Burukla görüşsə də, o, təklifi rədd edib.
Məşqçi “Başakşehir”lə 1, “Qalatasaray”la 2 dəfə Türkiyə Superliqasının qalibi olub. O artıq 3-cü ildir ki, “sarı-qırmızılar”ın sükanı arxasındadır.