NİVA-FK(Buzova)1-ci Liqada

Həmvətənimiz, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun(UABD) fəxri sədri, iş adamı Oqtay Əfəndiyevin prezidenti olduğu NİVA-FK, Ukrayna 2-ci liqasında finişə 4 tur qalmış bütün rəqiblərini qabaqlayaraq lider oldu.

Bu barədəturanın səsi nə Ukrayna Azərbaycanlıları Birləşmiş diasporunun Mətbuat katibi Qabil Osmanlı məlumat verib.


NİVA-FK növbəti mövsümdən Buzovanı Ukrayna 1-ci liqasında təmsil edəcək. Bu münasibətlə başda, Oqtay müəllim olmaqla klubun oyunçularını(onlar həm də qonşularımdır), texniki heyətini və sadiq azarkeşlərini təbrik edirəm.
Klub, bu nailəyyəti əldə etmək üçün ağır müharibə şərtlərinə rəğmən çətin və şərəfli yol keçmiş olub.
Qarda, yağışda, təhlükəli şərtlərdə mübarizə apararaq, hədəfinə çatdı. Oqtay Əfəndiyev adı olan yerdə uğur qaçılmazdır.Belə ki, 2019-cu il avqustun 3-də (regional liqada)mübarizə aparan adi bir kənd komandasını(minimum imkanlarla) təhvil alaraq, qısa müddətdə klubun inkişafı və uğur əldə etməsi üçün hər bir şərait yaratdı.Həvəskar komandanı peşəkar etdi.Eşq! Uğura gedən yollar- ağır zəhmətin, doğru seçilmiş kadr potensialının və əzmkarlıq hesabına başa gəlir.

Ölkə xaricində vətənimizi layiqincə təmsil edən, başımızı uca edən , Azərbaycan adını və bayrağını uca zirvələrdə dalğalandıran soydaşlarımızla fəxr etməyə dəyər.Oqtay müəllim məhz bu müsbət keyfiyyətləri özündə cəmləşdirən insanlardandır.Mən də Oqtay müəllimin komandasında təmsil olunduğuma görə qürurluyam, çünki hər zaman öz məsiliyyətimi dərk edirəm. Dəyərli Oqtay müəllim, biz gənclər sizdən çox şey öyrənirik.Çox sağ olun ki, indiki müharibə şərtlərinə rəğmən vətənimiz Azərbaycanı Ukraynada təmsil edirsiz.Müharibə dövründə etdiyiniz fədakarlıqlar da ayrı bir mövzudur.Siz hər bir azərbaycanlının ümid yeri olduz, Kiyev ətrafı kəndlərə, Ukrayna ordusuna dəfələrlə etdiyiniz humanitar yardimlar təqdirə layiqdir.Bir çox şeyləri də ictimailəşdirmədiz ki, özünü reklam olar, amma müəyyən şeyləri paylaşmaq lazımdır ki, Ukrayna cəmiyyəti ağı-qaradan seçə bilsin.
Rəhbərlik etdiyiniz NİVA-FK bir daha təbrik edərək, daha böyük hədəflərə doğru uğurlar arzu edirəm.

⤵️

⤵️

⤵️

⤵️

⤵️


Hədəfimiz- Ukrayna Premier liqasıdır!

Yaşasın Azərbaycan!

Yaşasın Ukrayna!

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir