Neymardan gözlənilməz addım
“Əl-Hilal”ın hücumçusu Neymar klubundan ayrılacaq.
“turaninsesi.az” xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb. 32 yaşlı forvard Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsini yeniləməyəcək.
Neymar 2025-ci ilin yayında azad agent kimi “Santos”a (Braziliya) qayıtmağa qərar verib. Onun “Əl-Hilal”la müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır.
Qeyd edək ki, Neymar 2023-cü ilin yayında PSJ-dən 90 milyon avroya “Əl-Hilal”a keçib. O, zədə səbəbindən komandada cəmi 5 oyun keçirib, 1 qol vurub və 3 qolun ötürməsini edib.
Neymar “Santos”un yetirməsidir. Braziliyalı futbolçu 2009-2013-cü illərdə bu komandada oynayıb. O, “Santos”un heyətində 225 matçda 136 qol vurub və 64 qolun ötürməsini verib.