Neymar zədə səbəbindən mövsümü başa vurub
![](https://turaninsesi.az/wp-content/uploads/2023/03/20230306_213448.jpg)
Fransanın PSJ klubunun futbolçusu Neymar 2022/2023 mövsümünü başa vurub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Paris təmsilçisi məlumat yayıb.
Vurğulanıb ki, braziliyalı hücumçu dabanındakı zədələrlə əlaqədar riskə getməmək və əməliyyat olunmaq qərarına gəlib. Onun təxminən 3-4 ay sonra məşqlərə başlayacağı bildirilib.
Qeyd edək ki, Neymar cari mövsüm bütün turnirlərdə PSJ-nin heyətində keçirdiyi 29 oyunda 18 qol vurub, 17 məhsuldar ötürmə verib.