“Neftçi” Bakıda “Beşiktaş”a uduzdu

Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Turanın səsi ” xəbər verir ki, “Neftçi” Bakıda Türkiyə “Beşiktaş”ını qəbul edib.

Qardaş ölkə təmsilçisi ilə oyun İstanbul klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, “Neftçi” indiyədək Avropa kuboklarında bir dəfə Türkiyə təmsilçiləri ilə qarşılaşıb. 2020-ci ilin sentyabrında pandemiya səbəbindən cəmi bir oyundan ibarət olan qarşılaşmada “ağ-qaralar” Bakıda “Qalatasaray”a 1:3 hesabı ilə uduzub və mübarizəni dayandırıb.

UEFA Konfrans Liqası

3-cü təsnifat mərhələsinin ilk oyunu

21:00.”Neftçi” – “Beşiktaş” (Türkiyə) – 1:3 

Qollar: Kilan Lebon, 79 – Vensan Abubakar, 14, Cekson Muleka, 22, Salih Uçan, 52 

Baş hakim: Lukas Fandrix

Bakı. “Neftçi” Arena”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir