Mourinyonun hərəkəti gündəm oldu

“Fənərbaxça” və “Qalatasaray” arasında baş tutan Türkiyə kubokunun yarımfinal matçı sonrasında gərgin anlar yaşanıb. Meydan sahiblərinin baş məşqçisi Joze Mourinyo həmkarı Okan Buruka hücum çəkib.
“turaninsesi.az” xəbər verir ki, oyunun final fitindən sonra Okan Buruka arxadan hücum edən portuqaliyalı mütəxəssis, baş məşqçinin burnunu sıxıb. Sözügedən hadisə dünyaca məşhur idman nəşrlərinin əsas gündəminə çevrilib.
Qeyd edək ki, İstanbul derbisi “Qalatasaray”ın 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə ilə “sarı-qırmızılar” finala adını yazdırıb. “Fənərbaxça” isə kubokla vidalaşıb.