Modriç və Ronaldo yenidən komanda yoldaşı ola bilərlər

Daha əvvəl “Real Madrid”də birlikdə oynamış xorvatiyalı yarımmüdafiəçi Luka Modriç və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldu yenidən komanda yoldaşı ola bilər.

“Turanın səsi ” bu barədə “Marca”ya istinadən xəbər verir.

Nəşrin məlumatına görə, daha əvvəl Ronaldu ilə müqavilə bağlamış Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Modriçi transfer etməkdə maraqlıdır.

Eyni zamanda qeyd olunub ki, Modriç özü də “Real Madrid”də çıxışını davam etdirmək və ən azı bir mövsüm bu klubda oynamaq niyyətindədir. “Kral klubu” da liderini dəstəkləyir və 37 yaşlı xorvatı vaxtından əvvəl buraxmaq fikrində deyil.

Bununla belə, “Əl-Nəsr” rəhbərliyi Modriçi almaqda israrlıdır. Bundan əlavə, hazırda PSJ-də çıxış edən “Real”ın sabiq müdafiəçisi Serxio Ramosun mümkün transferi də gündəlikdədir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir