Modriç Benzemanı ötüb keçdi
İspaniya La Liqasının 23-cü turunda keçirilən “Real” – “Atletiko” matçı Madrid klubunun futbolçusu Luka Modriç üçün əlamətdar olub.
“turaninsesi.az” xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi bu görüşdə meydana çıxmaqla derbidə 40-cı oyununu keçirib.
Modriç legionerlər arasında Madrid derbisində ən çox iştirak edən futbolçu olub. Bundan əvvəlki rekord 39 oyunla Kərim Benzemada idi.
39 yaşlı Modriç 2012-ci ildən “Real”da çıxış edir.