Millətlər Liqası: Azərbaycan yığması ilk xalını qazandı

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. 

turaninsesi.az” xəbər verir ki, Qəbələ şəhər stadionundakı C Liqasının I qrupunun qarşılaşmasında Estoniya ilə qarşılaş

Oyun qolsuz heç-heçə ilə yekunlaşıb.

Azərbaycan millisi əvvəlki dörd qarşılaşmada Estoniya (1:3), Slovakiya (0:2, 1:3) və İsveçə (1:3) uduzub.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma sonuncu – VI turun görüşündə səfərdə İsveçlə qarşılaşacaq. Matç noyabrın 19-da, Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.