Milan derbisində qalib “rossionerlər” oldu
İtaliya Superkubokunun finalında “İnter” və “Milan” klubları üz-üzə gəlib. Derbidə qalib “qara-qırmızılar” olub.
“turaninsesi.az” xəbər verir ki, “Milan” 2-0 geriyə düşsə də, ikinci hissədə vurduğu 3 qolla kuboku əzəli rəqibindən almağı bacarıb. “Rossionerlər”in qələbə qolu 90+3 dəqiqədə Tammi Abrahamdan gəlib.
Xatırladaq ki, “İnter” son İtaliya liqası çempionu kimi, “Milan” isə İtaliya kuboku qalibi kimi Superkubok matçında iştirak etməyə haqq qazanıb. Bu, “Milan”ın qazandığı sayca 8-ci Superkubokdur.