Messinin yeni rekordu

2026-cı ildə keçiriləcək Dünya Çempionatının Cənubi Amerika üzrə təsnifat mərhələsi çərçivəsində Argentina və Peru milliləri üz-üzə gəlib. Oyun meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.

turaninsesi.az” xarici mediaya istinadən xəbər verir ki, matçda yeganə qolu Leonel Messinin assistində Lautaro Martinez vurub. Bu eyni zamanda Messinin milli komanda səviyyəsində yeni rekordu olub.

37 yaşlı əfsanəvi ulduz Argentina millisinin heyətində ən çox assist edən futbolçu kimi tarixə düşüb. O, milli komanda ilə çıxdığı 191 oyunda 58-ci məhsuldar ötürməsini edib.