Messinin karyerasını davam etdirəcəyi klub məlum olub


Argentina millisinin heyətində futbol üzrə dünya çempionu olmuş Lionel Messi karyerasını Amerikanın “İnter Mayami” klubunda davam etdirəcək.

Turanın səsi ”  xəbər verir ki, bu barədə “TNT Sports” telekanalının jurnalisti Ernan Kastilyo sosial şəbəkədə yazıb.

“Messi “İnter Mayami”ni seçdi. Artıq heç bir görüş yoxdur”, – o yazıb.

Daha əvvəl “Sport.es” saytı Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun Messinin transferini iyunun 6-da açıqlamaq niyyətində olduğunu bildirib. Məlumata görə, Səudiyyə Ərəbistanından olan komanda artıq 2022-ci ilin dekabrında Argentina millisinin heyətində dünya çempionu adını qazanan Messi ilə müqavilə imzalamağa razılaşıb. Lakin transfer barədə məlumat verilməyib.

Messi mayın 3-də Fransa çempionatının XVIII turunda “Pari Sen-Jermen”in heyətində meydana çıxaraq “Klermon”a qarşı matçda son oyununu keçirib. Onun parislilərlə müqaviləsi bu il iyunun sonunda başa çatır. O, 2021-ci ildə PSJ-yə keçib. Bundan əvvəl, hücumçu karyerası boyunca “Barselona”da oynayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir