Messinin cangüdəninə qadağa: “Meydana çıxma!”

“İnter Mayami”nin futbolçusu Lionel Messinin cangüdəni Yassin Çeukonun MLS çempionatının oyunlarında meydana daxil olmasına qadağa qoyulub.
“turaninsesi.az” “Bolavip”ə istinadla xəbər verir ki, bu barədə azarkeşlər Messiyə yaxınlaşarkən o, bir neçə dəfə meydançaya qaçıb.
Çeuko qadağaya bu cür münasibət bildirib:
“Artıq meydana daxil olmağa icazəm yoxdur. 7 il Avropada, Liqa 1-də, Çempionlar Liqası oyunlarında oldum. Ümumən 6 nəfər meydana daxil olmuşam. Lakin ABŞ-da 20 ayda 16 dəfə meydana qaçmağa cəhd ediblər. Problem məndə deyil, işlərimi sevirəm. Lakin Liqa rəhbərliyinin qərarını başa düşürəm”.